
Aybəniz Xəlilova həbs edildi

"Bəniz" kimi tanınan tiktoker Aybəniz Xəlilova haqqında yenidən həbs qərarı verilib.
Metbuat.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, onun barəsində 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak tələb etməklə törədildikdə) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə əlavə ittiham elan edilib.
Prokurorun təqdimatı və zərərçəkmişin vəsatəti əsasında "Bəniz" barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.
Xatırladaq ki, o, sevgilisini 836 min manat pul tələb edərək, şantaj etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.
Onun barəsində əvvəllər həbs, bir neçə gün sonra isə ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Tiktokerin əməlindən zərərçəkmiş Xalid Kərimov hüquq-mühafizə orqanlarına müraciət edərək, işin yenidən nəzarətə götürülməsini xahiş etmişdi.
Oxşar xəbərlər

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat e...
Son Xeberler

Daha bir həkim koronavirusdan öldü
Son Xeberler

Aybəniz Haşımovaya AĞIR İTKİ
Son Xeberler

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həb...
Son Xeberler

Səlim Müslümov həbs edildi
Son Xeberler