Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Fənərbaxça"nın istədiyi Zidanın qərarı bilindi

09.09.2025 14:25 22 baxış sayı 1 dəq. oxuma Metbuat
"Fənərbaxça"nın istədiyi Zidanın qərarı bilindi

Zinəddin Zidan Fransa millisində işləmək istəyir.

Metbuat.az xəbər verir ki, Fransa Futbol Federasiyası ilə Zidan arasında danışıqlar məhsuldar alınıb. Tərəflər razılığa gəliblər. "L'Equipe" nəşrində dərc edilən xəbərə görə, tərəflər müqavilə imzalamaq barədə razılaşıblar.

Qeyd edək ki, Fransanın hazırkı baş məşqçisi Didye Deşam DÇ-2026-dan sonra vəzifəsini tərk edəcəyini açıqlamışdı. Bundan əvvəl Zinəddin Zidanın adı "Fənərbaxça" klubu ilə hallanmış və məşqçinin təklifi nəzərdən keçirdiyi barədə iddialar dərc edilmişdi.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: