Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Həcc ziyarətinə gedənlərə viza xəbərdarlığı

12.04.2025 19:25 85 baxış sayı 1 dəq. oxuma Metbuat
Həcc ziyarətinə gedənlərə viza xəbərdarlığı

Səudiyyə Ərəbistanı “qanunsuz həccin” qarşısını almaq üçün aprelin 29-dan etibarən Həcc vizaları istisna olmaqla, bütün növ viza sahiblərinin Məkkəyə daxil olmasına və orada qalmasına icazə verilməyəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada Ümrə namazını qılacaq şəxslərin Səudiyyə Ərəbistanına daxil olmaq üçün son tarixin 13 aprel, çıxış üçün son gün isə 29 aprel olacağı bildirilib.

Açıqlamda Ümrə vizalarının verilməsinin iyunun 10-dək dayandırılacağı bildirilib.

“Müqəddəs paytaxta (Məkkəyə) daxil olmaq üçün iş icazəsi, Müqəddəs Paytaxt İdarəsi tərəfindən verilmiş yaşayış icazəsi və ya etibarlı Həcc vizasının olması lazımdır", - deyə məlumatda qeyd edilib.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: