Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

IWF bu hüququ Azərbaycana verdi

03.12.2024 21:25 82 baxış sayı 2 dəq. oxuma Metbuat
IWF bu hüququ Azərbaycana verdi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun Azərbaycana verildiyini elan edib.

Metbuat.az xəbər verir ki, bu barədə qərar IWF-nin Bəhreynin paytaxtı Manamada təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sözügedən tədbirə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da qatılıb.

Qeyd edək ki, dünyada cəmi 5 belə mərkəz qurulacaq. Azərbaycanla yanaşı, bu hüquq Asiyada Çinə, Afrikada Misirə, Amerikada Kubaya, Okeaniyada isə Avstraliyaya verilib.
BTM-də ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursları, lisenziyalaşdırma üzrə seminar və mühazirələr, həmçinin müvafiq hakimlik məşğələləri, digər texniki rəsmilər, həmçinin idmançılar üçün dərslər, kateqoriya və ixtisas təlimləri keçiləcək.

Mərkəzdəki tədrisdə Avropa və ehtiyac olacağı təqdirdə yaxın region ölkələrinin nümayəndələrinin iştirakı təmin ediləcək. Azərbaycanda BTM Bakıdakı "ASK Arena"da yerləşəcək.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: