
Öz saçlarını udan 9 yaşlı qızın mədəsindən saç kütləsi çıxarıldı

30.07.2025-ci il tarixində 05.08.2016-ci il təvəllüdlü Qax rayon sakini (qadın cinsli) ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Metbuat.az xəbər verir ki, aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Şöbənin müdiri İlqar Haqverdiyev və həkim Binnət Sofiyevin iştirakı ilə qastrotomiya əməliyyatı icra edilib.
9 yaşlı azyaşlının mədəsində aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib.
Hazırda onun müalicəsi Uşaq Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır.
Oxşar xəbərlər

Həkimlər xəstənin mədəsindən 27 alışqan çıxardı
Bugun.az

19 yaşlı qızın yanmış cəsədi supermarketdə tapıldı
Xəbər Anı

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏB...
Son Xeberler

20 yaşlı qız intim münasibət zamanı öldü -
Son Xeberler

Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsin...
Son Xeberler

Qarabağ Futbolçusu Millinin Heyətindən Çıxarıldı
Bugun.az