
Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsinin qarşısı alınıb

Azərbaycanda yeniyetmə qızın məcburi ərə verilməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.
O, bu gün səhər tezdən edilən zəngdə rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldığını bildirib.
"Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdüm. Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb. Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib".
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

11 yaşında nişanlanan azərbaycanlı qızdan YENİ XƏB...
Son Xeberler

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ:
Son Xeberler

Azyaşlını nişanlamağa çalışdılar, atası danışdı -V...
Bugun.az

19 yaşlı qızın yanmış cəsədi supermarketdə tapıldı
Xəbər Anı

Mingəçevirdə 19 yaşlı qızın meyiti tapıldı
Bugun.az

20 yaşlı qız intim münasibət zamanı öldü -
Son Xeberler