Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Payızda ən çox bu meyvələr yeyilməlidir

29.09.2025 03:25 25 baxış sayı 2 dəq. oxuma Metbuat
Payızda ən çox bu meyvələr yeyilməlidir

Payız mövsümü həm dadlı, həm də sağlamlıq baxımından faydalı meyvələrin bolluğu ilə seçilir.

Metbuat.az xəbər verir ki, soyuq havalara keçid dövründə immuniteti gücləndirmək və bədəni vitaminlərlə təmin etmək üçün bu meyvələr xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər payız aylarında bu meyvələri gündəlik rasiona daxil etməyi tövsiyə edir. Həm vitamin, həm də mineral baxımından zəngin olan payız meyvələri soyuq mövsümə sağlam keçid üçün ən yaxşı vasitədir.

Alma – Payızın ən sevilən meyvəsidir. Orqanizmi təmizləyir, ürək-damar sağlamlığını qoruyur və gündəlik enerji verir.

Armud – Həzm sisteminə müsbət təsir göstərir, liflə zəngindir və orqanizmin su balansını qorumağa kömək edir.

Nar – Qanın tərkibini yaxşılaşdırır, immuniteti gücləndirir, antioksidantlarla zəngindir.

Üzüm – Beynin fəaliyyətini dəstəkləyir, ürəyə faydalıdır, təbii enerji mənbəyidir.

Xurma – Payızın “təbii vitamin bombası” adlanır. İmmuniteti möhkəmləndirir, yorğunluğun qarşısını alır və soyuqdəymədən qoruyur.

Heyva – Soyuqdəymə zamanı ən təsirli meyvələrdən biridir. Boğaz ağrısına, öskürəyə yaxşı təsir edir.


G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: