Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qısqanmırsa, sevmir? - Psixoloq açıqladı

12.11.2025 05:43 5 baxış sayı 3 dəq. oxuma Metbuat
Qısqanmırsa, sevmir? - Psixoloq açıqladı

“Qısqanmırsa, sevmir” düşüncəsi etibar və inam üzərində qurulan ikili münasibətlərin təməlini sarsıdır. Cütlüklər bəzən partnyorun əks cinslə ünsiyyətinə görə qısqanclıq yaşayır, bu hal problemə çevrilir. Digər tərəfdən, qısqanclığın heç olmaması da bəzən mübahisə mövzusudur. Lakin bu hissin həddi aşması çox pis nəticələrə səbəb olur. Çox zaman belə vəziyyətlər bir cümlə ilə yekunlaşır: “Qısqanclıq zəminində qətlə yetirildi”. Bəs, sağlam münasibətdə **qısqanclığın norması** necə olmalıdır?


Psixoloq Ülviyyə Murtuzova bildirib ki, hər bir insan öz duyğularını idarə etmək qabiliyyətinə görə bir-birindən fərqlənir. Onun sözlərinə görə, qısqanclığın həddindən artıq olması doğru deyil. Bu, həm gündəlik həyata, həm də münasibətdəki davranış tərzinə birbaşa təsir edir. İnsanların xasiyyəti dəyişkəndir: kimisi hisslərini içində saxlayır, kimisi isə onları açıq və emosional şəkildə büruzə verir. Sonuncular adətən diqqət mərkəzində olmağa çalışır, hadisələri dramatikləşdirir və emosional reaksiya verməkdən çəkinmirlər. Bu cür hallar bəzən iş və sosial həyata **mənfi təsir göstərir**.


Psixoloq qeyd edir ki, insan öz emosiyalarını idarə edə bilməyi bacarmalıdır, lakin hər kəs bu bacarığa sahib deyil. Bəzi insanlarda səmimi və yaxın münasibətlərə qarşı isti yanaşma var, digərlərində isə soyuq və məsafəli davranış müşahidə olunur. Bu davranışın səbəbi çox vaxt dərində gizlənən özgüvənsizlik və yetərsizlik kompleksidir. İnsan özünə və ya partnyoruna etibar etmədikdə, qısqanclıq normanı aşır, tamamilə güvənsizliyə çevrilir. **Qarşı tərəfi hər an izləmək**, harada olduğunu soruşmaq, davamlı zəng etmək kimi davranışlar təşviş pozuntusunun əlamətləridir. Belə vəziyyətdə olan insanlar mütləq psixoloqa müraciət etməli və xüsusi terapiya seanslarından keçməlidirlər ki, duyğularını nəzarətdə saxlamağı öyrənsinlər.


S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: