🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Tanınmış psixoloq XƏBƏRDARLIQ ETDİ: "Qadağaları götürün, yoluxma faizi artacaq"

25.09.2020 08:41 303 baxış sayı 4 dəq. oxuma
Tanınmış psixoloq XƏBƏRDARLIQ ETDİ:

“Artıq insanlarda koronavirus xəstəliyinin olmasına inam da qalmayıb, bunun bir oyun olduğunu düşünürlər. İnsanlar daha heç bir qaydaya əməl etmək istəmirlər. Artıq şəhərdə insanların üzündə təbəssüm yox səviyyəsindədir. Çünki problemlərinin üstünə bir də karantin dərdi gəlib”.

Bunu tanınmış psixoloq Gülnar Orucova bildirib. Psixoloq deyib ki, daha insanların xəstəliyin olmasına bir inamı yoxdur:

“Əvvəllər insanlar xəstəlikdən qorxurdularsa, indi bu qorxu yoxdur. Artıq insanlar bu xəstəliyin bir oyun olduğunu düşünürlər. İnsanlarda qorxudan çox aqressiya meydana gəlib. İnsanlar digər ölkələrlə müqayisə aparırlar, məsələn bildirirlər ki, İsrail, Türkiyə kimi ölkələrdə müəyyən qadağalar olsa da, insanlar normal həyatına davam edir.

Hanısa mənbələrə əsaslanaraq bildirirlər ki, məsələn noyabrın 5-i məktəblər yenidən bağlanacaq, karantin olacaq. İnsanları stresə salan amillərdən biri də qeyri-müəyyən mənbələrdən yayılan xəbərlərdir. Məktəblərdə xəstəliyin yayılması, məktəblərin yenidən bağlanacağı kimi xəbərlər insanları stresə salır, uşaqda məktəb qorxusu yaranır. Bu cür yanlış informasiyalar insanları təşvişə salır”.

Psixoloq həmçinin ticarət mərkəzlərinin bu qədər müddətdə bağlı qalmasını düzgün hesab etmədiyini bildirib:

“Neçə aydır ticarət mərkəzlərinin, “mall”ların fəaliyyəti dayanıb. Heç bir ölkədə belə bir şey yoxdur. İnsanlar həm bu rejimdən yorulublar, həm də xəstəliyə inamlarını itiriblər. Ona görə də, bu günlər koronavirusa yoluxma faizi artacaq, çünki insanların inamı itib və qaydalara əməl etmirlər.

Bağlanan ticarət mərkəzlərində nə qədər insan çalışır. Karantin davam etdikcə o insanların maddi vəziyyəti daha da pisləşir. İnsanlarda məyusluq, stress meydana gəlir. Karantin uzandıqca insanlar aqressivləşir. Ona görə də, bu payızda insanların depressiyaya düşmə riski daha çox olacaq.

Aylardı toylar qadağan olunub, gənclər psixoloji cəhətdən sarsıntı görürlər. Toyların təxirə düşməsi gənclərdə bir sıra problemlər çıxara bilər. Biz digər ölkələrdən bu cəhətdən fərqlənirik. Bizdə valideynlər borca girib övladına qızıl, cehiz alır və düşünür ki, toydan yığdığı pulla borclarını ödəyəcək. Amma toy az sayda qonaqla keçirilsə toy sahibi bu pulu yığa bilməyəcək. Ona görə də, əksər insanlar karantinin tam bitməsini gözləyir”.

 

Paylaş: