Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Qurbanov ən yaxşı futbolçunun adını açıqladı

22.12.2024 22:25 146 baxış sayı 1 dəq. oxuma Metbuat
Qurbanov ən yaxşı futbolçunun adını açıqladı

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.

Metbuat.az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, bu gün “Araz Naxçıvan”la Misli Premyer Liqasının 18-ci turunun oyunundan (2:0) sonra fikirlərini bildirib.

Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə bu haqda sual ünvanlanıb. Q.Qurbanov bu zaman öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:

“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.

R
Oyun və VR/AR müxbiri

Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.

Bütün məqalələrə baxın
Paylaş: