🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Son günlər uşaqlar arasında yayılan virus nədir?

21.11.2024 06:25 4 baxış sayı 2 dəq. oxuma
Son günlər uşaqlar arasında yayılan virus nədir?

Uşaqlar arasında təhlükəli virus yayılıb.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, əsasən 5-15 yaş aralığında uşaqların çox yoluxduğu virus qrip kimi xəstəliklərlə oxşar simptomlarla müşayət olunduğundan valideynlər arasında çaşqınlıq yarada bilir.

İnfeksionist Aytən Ziyadova deyir ki, son zamanlar azyaşlılar arasında yayılan virusu bəzən qızılca xəstəliyinə də bənzədirlər. Lakin qızılcadan fərqli olaraq bu virusdan qaynaqlanan səpkilər mərhələli şəkildə yox tam yayılır.

Aytən Ziyadova əlavə edib ki, virusa yoluxan uşaqların yetərsiz və ya səhv müalicə edilməsinin nəticəsi ağır ola bilər. Belə ki, düzgün müayinə və müalicə edilməzsə böyrək çatışmazlığı kimi həyati təhlükələrə səbəb ola bilər.

İnfeksionistin sözlərinə görə, virus yoluxduğu bədəndə bir başa ürək əzələlərinə də təsir edə bilir ki, bu zaman ürək ritminin pozulması ilə nəticələnə bilər. Bu səbəbdən də sözügedən simptomlarla qarşlışan valideynlər diqqətli olmalıdırlar.

Daha ətraflı videomaterialda:


Paylaş: