
Azərbaycanda yayılan virus nədir? - İNFEKSİONİST DANIŞDI

Son zamanlarda insanlar arasında yayılan virus təkcə qrip deyil. Çünki havaların soyuması özü ilə bərabər müxtəlif növ virusların yayılmasına da səbəb olur.
Bəs yeni yayılan virus nədir? Bundan necə qorunmaq olar?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, ilboyu müxtəlif infeksion xəstəliklərə rast gəlinir.
Onun sözlərinə görə, hazırda əhali arasında arabir hərarətin yüksəlməsi, ümumi zəiflik, baş və əzələ ağrıları, yuxarı tənəffüs yollarının zədələnməsi əlamətləri olan öskürək, boğaz ağrısı, burun axması və ya tutulması kimi, bəzən isə ürəkbulanma, qusma, qarın işləməsi kimi hallar müşahidə edilir:
“Bunlara səbəb əsasən müxtəlif virus infeksiyalarıdır. Kəskin respirator virus infeksiyalarından adenoviruslar təkcə tənəffüs yollarını deyil, mədə-bağırsaq sistemini də zədələyə bilir, eyni zamanda hər iki sistemin zədələnmə əlamətləri ilə müşayiət olunan rotavirus, hava-damcı və təmas ilə daha çox yayılan enterovirusları da yaddan çıxarmaq olmaz. Bu infeksiyalar əsasən yüngül, əksər hallarda fəsadsız keçir, qısa müddətdə sağalır”.
İnfeksionist bildirib ki, bu hallardan özümüzü qorumaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasdan çəkinməli və əl gigiyenası qaydalarına əməl etməliyik:
“Qripə qarşı həssas əhali qruplarının vaksinasiyası tövsiyə olunur”.
Oxşar xəbərlər

Son günlər uşaqlar arasında yayılan virus nədir?
Bugun.az

Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ
Bugun.az

Uşaqlar arasında təhlükəli virus yayılıb
Tibbi məlumatlar

Koronavirusdan daha dəhşətli virus yayıldı -
Son Xeberler

Bu şəxslər koronavirusa yoluxmur -
Son Xeberler

Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir?
Xəbər Anı