Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Tanınmış şəxs də qəzaya uğrayan təyyarədə imiş - FOTO

12.06.2025 16:25 52 baxış sayı 1 dəq. oxuma Metbuat
Tanınmış şəxs də qəzaya uğrayan təyyarədə imiş - FOTO

Hindistanda 242 sərnişininin olduğu təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb.

Metbuat.az xəbər verir ki, dağıntılar altından 204 cəsəd çıxarılıb. Hindistanın yerli xəbər agentliyi qəzada 2 nəfərin sağ qaldığını açıqlayıb. Sağ qalanlardan biri, Britaniya vətəndaşı Vishvash, ailəsini ziyarət etmək üçün bir neçə gün Hindistanda olduğunu qeyd edib. Digər sağ sərnişinin yerli sakin olduğu bildirilir. Qəzaya uğrayan “Air India” təyyarəsində Qucaratın keçmiş baş naziri Vijay Rupaninin olduğu açıqlanıb. Rupani 2016-2021-ci illərdə Qucaratın baş naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, təyyarə havaya qalxdıqdan sonra Əhmədabad şəhərinin hava limanı yaxınlığında qəzaya uğrayıb.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: