Millimizin futbolçuları "qohum" oldular

10.09.2020 06:36 546 baxış sayı 2 dəq. oxuma
Millimizin futbolçuları "qohum" oldular

Sabah”da komanda yoldaşı olan və dost münasibətləri ilə seçilən futbol üzrə milli komandalarımızın üzvləri Təmkin Xəlilzadə və Ozan Can Kökçü bundan sonra daha yaxın olacaqlar.

Futbolçular dostluqdan əlavə ailəvi bağlarla da yaxınlaşacaqlar.

Belə ki, Təmkin Xəlilzadənin həyat yoldaşı Çinarə Kazımi Xəlilzadənin yaxın rəfiqəsi Ozan Can Kökçü ilə nişanlanıb.

Məsələ ilə bağlı "Instagram” hesabında paylaşım edən Təmkin "Dost idik, ailə olduq. Bacım və qardaşım xoşbəxt olun!” yazıb.

Qeyd edək ki, Təmkin Xəlilzadə əsas, Türkiyə əsilli Ozan Can Kökçü isə U-21 millimizdə çıxış edir.(fanat.az)

R
İdman redaktoru

Futbol mənim həyatımdır. Uşaqlıqdan bəri stadionlara gedirəm. İndi isə bu barədə yazmaq şansım var. Yerli çempionat və milli komandanı izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: