Azərbaycanda yüksəkvəzifəli şəxslər saxlanıldılar

13.06.2020 18:23 525 baxış sayı 2 dəq. oxuma

Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Gəncə şəhərində əməliyyat keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəpəz rayon Dövlət Sosial Müdafiəsi İdarəsinin rəis müavini Bəyalı Xəlilov və sözü gedən qurumda çalışan Elçin Ələkbərov saxlanlıb. 

Adıçəkilən şəxslər işlərində verdikləri ciddi nöqsanlara görə və vətəndaşlara saxta ünvanlı sosial yardım təyin etməkdə şübhəli bilinir. Hər iki şəxs hazırda vəzifə səlahiyyətlərini aşdığına görə saxlanılıb. 

Bundan əlavə DSMF nun Kəpəz rayon Şöbəsinin rəisi Ülfət Əhmədov da tutduğu vəzifədən azad olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: