
Azərbaycanda yüksəkvəzifəli şəxslərlə bağlı cinayət işi açıldı

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.
Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
Onun sözlərinə görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək.
Oxşar xəbərlər

Azərbaycanda bu bələdiyyələrin vəzifəli şəxslərinə...
Son Xeberler

Maradonanın həkiminə cinayət işi açıldı
Son Xeberler
Azərbaycanda yüksəkvəzifəli şəxslər saxlanıldılar
Son Xeberler

İmamoğlu barəsində istintaq başladıldı
Bugun.az

Avtobusla “avtoş”luq edən şəxs barəsində cinayət i...
Son Xeberler

Ermənistan ordusunda həbslər başladı
Son Xeberler