
Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb

Bu gün, oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olmuş, 40-dan artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Oxşar xəbərlər

Bərdəyə raketin düşdüyü an -
Son Xeberler

Gəncədə raket atəşi nəticəsində yaralanan daha bir...
Son Xeberler

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub
Son Xeberler

"Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı ol...
Son Xeberler

Ermənistan Azərbaycan mülkilərinə 218 raket atıb
Son Xeberler

“Amnesty International” Bərdəyə kasetli bomba atıl...
Son Xeberler