🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Dünya hələ belə səfil vəziyyətdə olmamışdı - Məhşur jurnaldan AÇIQLAMA

26.08.2020 11:40 372 baxış sayı 3 dəq. oxuma
Dünya hələ belə səfil vəziyyətdə olmamışdı -

''İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. Ancaq bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq.''

Bu barədə məhşur "The Wall Street Journal" nəşri yazıb.Ən böyük iqtisadiyyatları olan ölkələr koronavirus pandemiyasına qarşı mübarizə xərclərini artırır. Nəticədə, onların dövlət borcu İkinci Dünya müharibəsi dövründən rekord səviyyəyə çatıb. Məsələn, 2020-ci ilin iyulunda inkişaf etmiş iqtisadiyyatları olan ölkələrdə dövlət borcunun həcmi qlobal ümumi daxili məhsulun (ÜDM) 128 faizinə bərabər olub. 1946-cı ildə bu göstərici 124 faiz idi.

ABŞ prezidenti yanında i̇qtisadi şuranın keçmiş rəhbəri Qlenn Habbard bildirib ki, borcların artmasından narahat olmağa dəyməz – virusa yoluxma templərinə nəzarət etmək daha vacibdir.

Habbard deyib ki, müharibə ilə analogiya tamamilə doğrudur.

İkinci Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr iqtisadi artım sayəsində borc həcmini sürətlə azalda bilib. 1959-cu ilə qədər borcun ÜDM-ə nisbəti yarıdan çox azalaraq 50 faizdən aşağı olub. Ancaq nəşr qeyd edir ki, bu dəfə belə bir nəticə əldə etmək çətin olacaq. Buna səbəb əhalinin artımının yavaşlaması, işçi qüvvəsinin və məhsuldarlığın azalması olacaq.(Sputnik)

 
 
Paylaş: