Düşmən Gəncə şəhərinə 7 raket atıb - RƏSMİ
4 oktyabr tarixində saat 10:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin əhalinin sıx yaşadığı məntəqələr ağır artilleriya atəşinə tutulub.
Bunu Azərbaycan Respublikasının Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ümumilikdə düşmən Gəncənin müxtəlif istiqamətlərinə 7 raket atılıb:
“Atılan raketlərdən 5-i partlamayıb, qalan iki raketin partlaması nəticəsində isə bir mülki şəxs - 1999-cu il təvəllüdlü Əliyev Tunar Qoşqar oğlu həlak olub. 32 nəfər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan 32 nəfərdən 19-u qadın, 5-i isə uşaqdır. Eyni zamanda mülki infrastruktura və yaşayış məntəqələrinə külli miqdarda ziyan dəyib”.
Oxşar xəbərlər
"Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı ol...
Son Xeberler
Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub
Son Xeberler
Gəncə yenidən atəşə tutuldu
Son Xeberler
Ermənilərin Gəncəyə bu gün atdığı raket 3 nəfəri y...
Son Xeberler
Gəncədə raket atəşi nəticəsində yaralanan daha bir...
Son Xeberler
Gəncə terrorunun ikinci günü -
Son Xeberler