
Futbolçuların təyyarəsi partladı:Klub prezidenti və oyunçular öldü

Braziliyanın Portu-Nasional (Tokantis ştatı) şəhərində təyyarə qəzası baş verib.
Hadisə zamanı təyyarədə pilotdan başqa, Braziliyanın dördüncü divizionunda mübarizə aparan “Palmas” klubunun prezidenti və dörd futbolçusu da olub.
Belə ki, Luzimanqese limanından havaya qalxan şəxsi təyyarə bir neçə dəqiqə sonra uçuş zolağının yaxınlığındakı əraziyə düşərək partlayıb. Nəticədə klub prezidenti Lukas Meyra və dörd futbolçu – Lukas Praksedes, Gilyerme Noe, Ranule, Markus Molinari həlak olub.
Qeyd edək ki, komanda sabah səfərdə “Vila-Nova” klubuna qarşı oynamalı idi. Futbolçular və klub başqanı da məhz bu oyun üçün Qoyaniyaya uçurdu.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyası...
İdman Xəbər

"Barselona"nın baş məşqçisi qeyri-adi üsula əl atd...
İdman Xəbər

"Qalatasaray"dan tarixi qərar!
İdman Xəbər

İngiltərə liqasında daha 6 nəfərdə koronavirus aşk...
İdman Xəbər

“Ən yaxşı heyətimiz meydanda olacaq”
İdman Xəbər

"Çempionat başlasa, meydanda ölüm halı da baş verə...
Son Xeberler


