“Hazırda hərbi əməliyyatlar davam edir” - Nazir açıqladı
“Azərbaycan Dağlıq Qarabağ münaqişənin siyasi yolla həlinin tərəfdarıdır”.
Bunu bu gün keçirilər brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov bildirib. Onun sözlərinə görə, bun abaxmayaraq Azərbaycanın hər zaman münaqişəni hərbi yolla həll etmək hüququ var:
“Yaxın zamanda vəziyyətin gedişi göstərəcək ki, Ermənistan hansı yola üstünlük verəcək. Birmənalı şəkildə Azərbaycan öz qanuni hüquqlarını, ərazi bütövlüyünü bərpa etmək əzmindədir. Hamı üçün tam aydındır ki, Azərbaycan xalqının əzmi bu istiqamətdə çox yüksəkdir.
Kimlərsə düşünürdüsə ki, bu konflikt artıq tarixdir, Azərbaycan xalqı buna daha səbrlə yanaşa bilər, səbr kasasının artıq dolması hər kəs üçün aydın oldu. Məlum odu ki, status-kvonun süni saxlanması heç kəsə fayda vemir”.
Hərbi əməliyyatların yenidən bərpasına gəlincə nazir bildirib ki, Ermənistan ciddi şəkildə üzərinə götürən öhdəlikləri yerinə yetirməli, danışıqlar prosesinə ciddi qayıtmalı və real addımlar atmalıdır: “İmitasiya prosesi həyata keçirilməməlidir. Hazırda hərbi əməliyyatlar davam edir”.
Oxşar xəbərlər
Ermənilər Xankəndini boşaltmaqda davam edir
Son Xeberler
Koreya yarımadasında gərginlik artır 09:35 / 17.0...
Son Xeberler
“Gəncədə hazırda bir sakinin axtarışı davam edir”
Son Xeberler
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? -
Son Xeberler
Ermənilərin 70 faizi Xankəndidən qaçıb
Son Xeberler
“Ermənistanın mülki vətəndaşlara hücümu davam edir...
Son Xeberler