Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yaydı

05.02.2021 17:16 526 baxış sayı 2 dəq. oxuma
Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə məlumat yaydı
Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən "Qış təlimi-2021" təlimləri davam edir.
 
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
 
Təlimlərin növbəti mərhələsində bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər. Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib.
 
Qeyd edək ki, təlimlər fevral ayının 12-dək davam edəcək.
O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: