
Nigeriyada öldürülən azərbaycanlı mühəndis Siyəzəndə dəfn olunub

Nigeriya sahillərində dəniz quldurlarının gəmiyə hücumu zamanı öldürülən azərbaycanlı mühəndis Fərman İsmayılov dəfn olunub.
Onun nəşi Türkiyənin Qabondakı səfirliyinin vasitəçiliyi ilə paytaxt Librevilə, daha sonra Azərbaycana gətirilib.
Mərhumun meyiti məhkəmə-tibbi ekspertizasından keçirildikdən sonra doğulduğu Siyəzən rayonunun Qozağacı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “MV Mozart” gəmisinə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Teymur əmi dəfn edildi
Şou Xəbər

Azərbaycanlı iş adamı və anası koronavirusdan öldü
Son Xeberler

Nazirlik Türkiyə-Azərbaycan birgə təlimləri barədə...
Son Xeberler

“Lotu Quli” harda dəfn ediləcək? -
Son Xeberler

Ordumuzun mühəndis-istehkam bölmələri həyəcan siqn...
Son Xeberler

Xalq artistinin dəfninə 50-dən çox insan qatılıb
Şou Xəbər


