
Son Xeberler
9 abunə
Norveçdə koronavirus peyvəndi vurulan onlarla insan niyə həyatını itirib?
19.01.2021 09:47
573 baxış sayı
2 dəq. oxuma

Norveçdə 33 nəfər yaşlı insanın "Pfizer/BioNTech” koronavirus peyvəndi vurulduqdan qısa müddət sonra ölməsi peyvəndlə bağlı müzakirələri artırıb.
BBC xəbər verir ki, Norveç Dərman İdarəsinin müdiri Steinar Madsen həmin ölümlərin peyvəndlə əlaqəsi olmadığını deyib.
Onun sözlərinə görə, həyatını itirən şəxslərin ağır xəstəlikləri olub.
Həkim bildirib ki, həmin şəxslər peyvəndi vurdurmasalar da uzun müddət yaşamayacaqdılar.
Ən çox görülən yan təsirlərin belə bu xəstələrdə ciddi fəsadlar yaratdığını bildirən Madsen COVID-19-a yoluxmanın onlar üçün peyvənddən daha böyük risk yaratdığını vurğulayıb.
Qeyd edək ki, ölüm faktları araşdırılır və nəticələr bu həftə Avropa Dərman Təşkilatı ilə paylaşılacaq.
V
Seçki və sorğu analitiki
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Norveç millisinə Rumıniyaya uçmağa qadağa qoyuldu
İdman Xəbər
591
14/11 18:44

Peyvənd vurulan 24 nəfər öldü -
Son Xeberler
569
18/01 10:36

İspaniyada Sel Fəlakəti: Onlarla İnsan Həyatını It...
Bugun.az
208
30/10 20:25

ÜST-dən koronavirus peyvəndi ilə bağlı
Son Xeberler
609
24/08 12:51

ABŞ alimindən ŞAD XƏBƏR:
Son Xeberler
650
10/07 06:57

Köhnə körpü uçdu:
Xəbər Anı
223
31/10 17:13


