
Ordumuz Hadrutda ermənilərə icazə vermədi

Bu gün Azərbaycan Ordusu erməni meyitlərini axtaran erməniləri və Qırmızı Xaç Komitəsinin nümayəndələrini Hadrut ərazisinə buraxmayıb.
Bu barədə erməni mediasına açıqlamasında axtarışı aparan ermənilər bildiriblər.
Onlar qeyd ediblər ki, olay bu gün baş verib:
“Üç axtarış dəstəsi Hadruta getdi, ancaq Azərbaycan Ordusu icazə vermədi”.
Qeyd edək ki, 27 dekabrda 6 erməni terrorçusu Ordumuza qarşı təxribat həyata keçirib və bir əsgərimiz şəhid olub. Bunun ardınca Azərbaycan xüsusi təyinatlıları aktiterror əməliyyatına başlayıb və 6 terrorçunun 6-sı da məhv edilib.
Buna görə də ermənilərə Hadrut istiqamətində meyitlərini axtarmağa icazə verilməyib.
14 noyabrdan Azərbaycan Ordusu bütün döyüş meydanlarında rahat axtarış aparması üçün ermənilərə imkan yaratmışdılar. Məhz bunun sahəsində ermənilər bu vaxta qədər 1111 erməni meyitini meydanlardan toplaya biliblər.(axar.az)
Etiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ
Son Xeberler

ŞOK AN! Azərbaycanlı qız ermənilər yaşayan evdən g...
Son Xeberler

Suriya qüvvələri Rusiya ordusunun bazaya girişinə...
Bugun.az

Rusiya Müdafiə Nazirliyi:
Son Xeberler

Repetitor xidmətlərinə icazə verildi
Son Xeberler