🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Paşinyanın daha bir sələfi onu istefaya çağırdı

16.12.2020 05:52 374 baxış sayı 2 dəq. oxuma
Paşinyanın daha bir sələfi onu istefaya çağırdı
"Ermənistan dərin – mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial, ciddi böhran içindədir. Daha dərin böhranı təsəvvür etmək çətindir. Daha nə olmalıdır?".
 
Bu fikirlər Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın ölkədə yaranmış vəziyyətlə əlaqədar bəyanatında yer alıb.
 
Karen Karapetyan qeyd edib ki, ölkənin bu vəziyyətə düşməsinə səbəbkar hakimiyyətdir.
 
"Bu taleyüklü məqam hakimiyyət üçün dar siyasi maraqlarından daha yüksəkdə durmaq bacardığını göstərmək, yüksək şüur nümayiş etdirmək, ölkəni sakitləşdirmək, siyasi qüvvələrə keçdikləri yolu yenidən düşünmək və gələcəyə baxış formalaşdırmaq, xalqın isə yeni bir hökuməti seçmək üçün ən vacib sınaq şərtləridir”, - deyə o vurğulayıb.
 
"Ümid edirəm ki, baş nazir özündə ölkənin gələcəyi xeyrinə istefaya getməsi ilə bağlı qərar qəbul etməyə cəsarət tapacaq", - Karen Karapetyanın bəyanatında deyilir. (Report)
 
Paylaş: