
Vətən müharibəsi tarixdə həm də vətənpərvərliyin, həmrəyliyin və fədakarlığın ən ali nümunəsi kimi qalacaq - AHİK sədri
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu gün xalqımızın yaddaşında həmişə yaşayacaq. Biz bu günü hər zaman böyük sevinc və qürurla xatırlayırıq. AHİK sədri Sahib Məmmədov 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxış edərkən bu fikirləri səsləndirib.
O bildirdi ki, bu şanlı tarix Azərbaycan xalqının əzmini və birliyini bütün dünyaya göstərdi. Bu, həm də dövlətimizin gücünü, yenilməz və rəşadətli Ordumuzun qəhrəmanlığını bir daha sübut etdi.
Sahib Məmmədov vurğulayıb ki, Qələbə xalqın bütövlüyü sayəsində mümkün oldu. Azərbaycan əsgəri döyüş meydanında vuruşurdu, xalq isə arxa cəbhədə bir məqsəd ətrafında birləşmişdi: Vətən uğrunda qələbə qazanmaq. O qeyd etdi ki, hər bir vətəndaş bu Qələbəyə öz töhfəsini verdi. 44 günlük Vətən müharibəsi tarixdə vətənpərvərliyin, həmrəyliyin və fədakarlığın ən ali nümunəsi kimi qalacaq. Bu hadisə Azərbaycan xalqının əbədi birliyinin simvoludur.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

AHİK-də Zəfər Gününə həsr olunmuş tədbir keçirilib...
Azəri Xəbər

4 ay əvvəl seçildiyi vəzifədən getdi - FOTO
Bugun.az

Vətən Müharibəsi Şəhidi Rövlan Məmmədovun Anası Və...
Bugun.az

Məhərrəmlə Siracın medalları ailələrinə verildi
Bugun.az

Vətən müharibəsi iştirakçısı vəfat etdi -FOTO
Bugun.az

Şəhidin qardaşı dünyaya gəldi - FOTO
Bugun.az



