
"Real" İngiltərədə xalüqələr yaradan futbolçunu transfer edə bilər

"Real Madrid" İngiltərənin "Bornmut" klubunun futbolçusu Antuan Semenyonu transfer edə bilər. Bu barədə "Uotford"un keçmiş hücumçusu Troy Dini "talkSPORT"a müsahibəsində məlumat verib. Dini bildirib ki, əgər futbolçu uğurlu oyununu davam etdirərsə, "Real"a keçidinin gerçəkləşməsi mümkündür.
Futbolçunun adı hazırda bir çox böyük Avropa klubları ilə birlikdə çəkilir. "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" də daxil olmaqla, bir sıra komandalar Semenyo ilə maraqlanır. Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində 9 Premyer Liqa oyununa çıxıb. O, bu görüşlərdə 6 qol vurub və üç məhsuldar ötürmə edib.
Bu güclü performans "Bornmut"un liqada ikinci yerə yüksəlməsinə birbaşa kömək etdi. Mütəxəssislər Semenyonun İngiltərədəki qısa müddətli, lakin yüksək səviyyəli çıxışının Avropa nəhəngləri tərəfindən ciddi şəkildə izlənildiyini qeyd edirlər.
Güləş, boks və döyüş idman növləri üzrə mütəxəssisəm. Özüm də 6 il güləşlə məşğul olmuşam, bu mənə çox kömək edir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Real" məşhur futbolçunu transfer etmək istəyir
Bugun.az

"Real" röyası bitdi, İngiltərəyə gedir - 120 milyo...
Bugun.az

"Real"ın istədiyi ulduz futbolçu danışdı
Bugun.az

"Real" ulduz futbolçunu göndərir - 100 milyonluq t...
Bugun.az

"Real" rəhbərliyindən Ançelottini qəzəbləndirən, A...
Bugun.az

Avropa nəhəngi "Real"ın ulduzunu su qiymətinə tran...
Bugun.az


